Kanada sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Kanada sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
# 04 sentyabr 2013 01:51 (UTC +04:00)

Bakı-APA. Kanada sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanlar 12 km dərinlikdə baş verib. Zəlzələnin episentri Bella-Bella şəhərindən 178 km cənub-qərbdə, Prins Rupert limanından 343 km cənubda qeydə alınıb.

Dağıntılar və tələfat barədə hələlik heç bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR