Ufadan Bakıya yeni aviareys açılır

Ufadan Bakıya yeni aviareys açılır
# 21 noyabr 2013 13:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gələn ay Başqırdıstanın paytaxtı - Ufa şəhərindən (Rusiya) Bakı istiqamətində yeni müntəzəm aviareys açılacaq. «APA-Economics»in məlumatına görə, «Ural Hava Yolları» aviaşirkətinin reallaşdıracağı reyslər həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.

Ufa-Bakı istiqamətində aviabiletin qiyməti təqribən 157 manat olacaq. «Airbus-320» təyyarəsi ilə həyata keçiriləcək ilk aviareys dekabrın 25-də baş tutacaq. Növbəti reys isə Yeni İl bayramından sonra, yanvarın 15-də həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Ufadan Bakıya iki daimi reys həyata keçirilir. Bu istiqamət üzrə uçuşlar həftənin çərşənbə axşamı günləri «Taymır» aviaşirkəti tərəfindən yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR