Ucarda minik avtomobili yoldan çıxaraq aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - VİDEO

Ucarda minik avtomobili yoldan çıxaraq aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 31 may 2014 07:01 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 33 yaşlı Azər Mustafayevin idarə etdiyi “OKA” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib, maşında olan sərnişinlər - 41 yaşlı Elman Verdiyev və 12 yaşlı Teymur Mustafayev müxtəlif bədən xəsarətləri alaraq, Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR