Gülər Əhmədova: “Bilsəydim, deputat mandatımdan imtina etməzdim” - YENİLƏNİB

Gülər Əhmədova: “Bilsəydim, deputat mandatımdan imtina etməzdim” - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2014 15:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın Əfsər Talıbovdan başqa, daha iki vəkili Fazil Nemətov və Lətif Ağayev təqdim olunub.

Daha sonra vəkil F. Nemətov apellyasiya şikayətinə xitam verilməsi, G. Əhmədova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlər verib.

O bildirib ki, istintaq və birinci instansiya məhkəmə zamanı qanun pozuntularına yol verilib. Vəsatətlərə münasibət bildirən G. Əhmədova vəsatətləri müdafiə etdiyini deyib. “Bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. Bu işdə zərərçəkən yoxdur. Elşadın mülki iddiaları təmin olunmayıb. İstəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Bir il həbsdə olmağım da qurban olsun vətənim Azərbaycana”.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim bildirib ki, həmin vəsatətlər məhkəmənin ilkin baxış iclasının qərarı elan olunan zaman müzakirə olunacaq və qiymət veriləcək.

Sonra vəkil Əfsər Talıbov G. Əhmədovanın şüşə kabinədən çıxarılaraq vəkillərin yanında əyləşməsi barədə vəsatət verib. Dövlət ittihamçısı isə həmin vəsatətin təmin olunmamasını xahiş edib.

Vəsatətə münasibət bildirən G. Əhmədova bildirib ki, ona qarşı ayrı-seçkilik edilir: “Bir ildir ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Orada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın var. Hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər. Mən yeganə adamam ki, ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki?”

Məhkəmə isə həmin vəsatəti təmin etməyib.

Daha sonra vəkil Ə. Talıbov prosesdə audio və video çəkiliş aparılması barədə vəsatət verib. G. Əhmədova vəsatətə münasibət bildirərkən onunla bağlı mətbuatda yanlış məlumatların yazıldığını deyib: “Barəmdə başqa-başqa şeylər yazılır. Məhkəmə iclaslarının tam olaraq audio və video yazılarının aparılmasını istəyirəm”.

Məhkəmə müşavirə edərək həmin vəsatətin də təmin olunmaması barədə qərar qəbul edib.

Vəkil Əfsər Talıbov isə çıxış edərək bildirib ki, G. Əhmədova barəsində cinayət işi o deputat olan zaman Bakı Şəhər Prokurorluğu tərəfindən açılıb. O, həmin məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi barədə vəsatət verib. G. Əhmədova isə bildirib ki, cinayət işi deputat olan zaman açılıb: “Bu cinayət işi fakt üzrə qaldırılmayıb. Mən deputat olan zaman qanunsuz olaraq cinayət işi qaldırılıb. Baş prokuror Zakir Qaralov da mətbuat nümayəndələrinin qarşısında çıxışında deyib ki, Elşad Abdullayev Azərbaycana gəlməli və Gülər Əhmədova ilə üzləşməlidir. Həmçinin o, aydınlıq gətirməlidir ki, mən pul tələb etmişəmsə, niyə bu illər ərzində susub oturub? Prokurorluq ekspertin rəyi olmadan yazıb ki, videogörüntüdəki adam mənəm. Bu düzgün deyil”

Daha sonra vəkil F. Nemətov çıxış edərək digər vəsatətlərin müzakirə olunması üçün məhkəmənin təxirə salınmasını xahiş edib.

Proses aprelin 16-dək təxirə salınıb.

***

saat 17.12

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın Əfsər Talıbovdan başqa, daha iki vəkili Fazil Nemətov və Lətif Ağayev təqdim olunub.

Daha sonra vəkillər bir neçə vəsatətlə çıxış ediblər. Vəsatətlərin heç biri təmin olunmayıb.

Sonra Gülər Əhmədova çıxış edib: “Əgər bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. Zərərçəkən yoxdursa, onun mülki iddiaları təmin olunmayıbsa, istəyirəm ki, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Bir il həbsdə olmağım da qurban olsun vətənim Azərbaycana.

İndiyə kimi mənimlə bağlı mətbuatda başqa-başqa şeylər yazılır. Məhkəmə iclaslarının tam olaraq audio və video yazılarının aparılmasını istəyirəm”.

Proses davam etdirilir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR