Şəmkirdə 10 gün əvvəl müəllimənin evinə basqın edərək 10 min manat aparan şəxslər saxlanılıb

Şəmkirdə 10 gün əvvəl müəllimənin evinə basqın edərək 10 min manat aparan şəxslər saxlanılıb
# 27 yanvar 2014 11:15 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən iki rayon sakini saxlanılıb. Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Pakizə Quliyevanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, Şəmkir rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək onun 10 min manatını aparan rayon sakinləri - 1992-ci il təvəllüdlü Əmirxan Abdıyev və 1993-cü il təvəllüdlü Abdulla Ələsgərli tutulublar.

Qeyd edək ki, hadisə yanvarın 17-də saat 04:00 radələrində baş verib. Əmirxan Abdıyev və Abdulla Ələsgərli maska taxıb, əllərinə rezin əlcək geyinərək kənd sakini, rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək ona hədə-qorxu gəlib və 10 min manat pulunu alıblar. İstifadə etdikləri maska və əlcəkləri isə evin yaxınlığında atıblar.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR