BDU-da 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib

BDU-da 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib
# 31 mart 2014 10:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib.

Rektor qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakı, Şamaxı, Quba və Lənkəranda törətdiyi soyqırım nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan yurd-yuvasından didərgin salınıb. Onun sözlərinə görə, bu gün soyqırım aktının dünyaya çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla müntəzəm iş aparılır.


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova dünya birliyi tərəfindən soyqırımı aktına hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb.


Qeyd edək ki, bu gün Universitetin Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR