Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığı: Heç bir qarnizon və gəmi Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib  

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığı: Heç bir qarnizon və gəmi Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib  
# 04 mart 2014 08:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı komandanlığından bildiriblər. HDQ-nin sabiq komandanı Denis Berezovskinin xəyanətindən sonra başqa fərarilik halı da qeydə alınmayıb.

Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyov 4 mart gecəsi Krımdakı Ukrayna hərbi hissələrinə hər hansı hücum faktının qeydə alınmadığını söyləyib. Buna baxmayaraq, hərbi hissələrin ətrafında gərginlik davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR