Volqoqrad dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB

Volqoqrad dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 29 dekabr 2013 11:04 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu RF-nin Milli Antiterror Mərkəzi açıqlayıb. Yaralıların sayı 40-dan çoxdur. Terror aksiyasını qadın kamikadzenin törətdiyi bildirilir.

*** ***

Saat 13.39

Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi partlayış nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.

Partlayışın vağzal binasının giriş qapıları ilə turniket arasında baş verdiyi bildirilir. Hadisə yerində operativ xidmətlərin və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR