Azərbaycan hökumətinin əlillərlə bağlı ilkin hesabatı hazırlanır

Azərbaycan hökumətinin əlillərlə bağlı ilkin hesabatı hazırlanır
# 29 dekabr 2013 09:50 (UTC +04:00)

Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, əlillərin hüquqları haqqında beynəlxalq konvensiyaya uyğun olaraq, Azərbaycanda «Əlillərin hüquqları haqqında» yeni qanun layihəsi hazırlanıb. Həmin sənəd hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şöbələrinin rəy və təklifləri əsasında tamamlanmaq üzrədir. Gələn ilin əvvəlində sənəd ictimaiyyətə təqdim olunacaq.


Nazir müavini bildirib ki, bundan başqa, əlilliklə bağlı qanunvericilik bazasında təkmilləşdirilmələrin aparılması nəzərdə tutulub.


Eyni zamanda, əlillərin tibbi-sosial ekspert komissiyalarının əsasnaməsinə də dəyişikliklər ediləcək: «Çünki həmin sənəd 1997-ci ildə qəbul olunub. Bu əsasnamə qəbul olunarkən Azərbaycan əhalisi təxminən 8 mln.-a yaxın idi, hazırda isə 9,3 mln.-a yaxındır. Ona görə də həkimlərin iş yükünü nəzərə alaraq, hər bir zona komissiyası 70 min nəfərə xidmət edirdisə, artıq bu rəqəm 200-250 min nəfərə yaxındır».


Qeyd edək ki, hazırda ölkə üzrə 39 tibbi-sosial ekspertiza komissiyası var və onlardan biri Naxçıvan Muxtar Respublikasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR