Yaponiyada “Fukusima-1” AES-in yaxınlığında 5,1 bal gücündə zəlzələ olub

Yaponiyada “Fukusima-1” AES-in yaxınlığında 5,1 bal gücündə zəlzələ olub
# 07 fevral 2014 23:20 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar şənbə günü, yerli vaxtla 02:18-də Namiye şəhərindən 34 km şimalı-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 63,2 km dərinliyində yerləşib.

Qeyd edək ki, Namiye şəhəri “Fukusima-1” AES-in olduğu prefekturada yerləşir.

Dağıntı və tələfat haqqında məlumat yoxdur. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR