Bakının Suraxanı rayonunda “Gənclər evi”nin açılışı olub - FOTO - VİDEO

Bakının Suraxanı rayonunda “Gənclər evi”nin açılışı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 may 2014 15:31 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakının Suraxanı rayonunda yeni “Gənclər evi” nin açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılışda gənclər və idman naziri Azad Rəhimov, rayon icra başçısı İlqar Abbasov və digər rəsmilər iştirak edib.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş binanın tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayonunda 0.28 ha torpaq sahəsi ayrılıb.

Obyektin layihə-smeta sənədləri S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR