Londonda beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir

Londonda beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir
# 10 sentyabr 2013 09:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İngiltərənin paytaxtı London şəhərində DSEİ-2013 beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir. APA-nın məlumatına görə, sərgidə dünyanın müxtəlif ölkələrindən 1500-dən artıq şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.

Dünyanın ən böyük müdafiə sərgiləri arasında yer alan DSEİ-yə ziyarətçi qismində Azərbaycanın hərbi qurumlarının nümayəndələri də qatılıblar.

Sərgidə “İTECA Azərbaycan” şirkətinin nümayəndəsi tərəfindən iştirakçılara gələn il Azərbaycanda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi barədə məlumatlar veriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR