Vikipediyanın Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb

Vikipediyanın Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb
# 07 fevral 2014 16:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Wiki-mühitin Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi, onların qorunması və inkişafı məqsədi ilə işçi qrupu yaradılıb.

İnstitutdan APA-ya verilən xəbərə görə, işçi qrupu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Vikipedia ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında qərarına əsasən yaradılır.

İşçi qrupu wiki mühitdə yer alan Arxeoloji və etnoqrafiya sahəsinə aid materialların nəzərdən keçirilməsindən sonra mütəmadi olaraq Azərbaycan arxeologiyası və etnoqrafiyasında olan yeni elmi nailiyyətlər, Azərbaycan arxeologiyasının görkəmli şəxsiyyətləri haqqında, onların əsərləri və arxeoloji abidələr haqqında məlumatların wikipediya ensiklopediyasına yerləşdirməsindən ibarətdir. Vikipediya ensiklopediyasında son zamanlar Azərbaycan Arxeologiyası ilə bağlı olan bir sıra həqiqətlərə uyğun gəlməyən materiallar gedib. Bu məqsədlə işçi qrup bu yalan məlumatların qarşısını almaq, doğru və dolğun elmi məlumatların yerləşdirilməsi işlərini həyata keçirəcək. Azərbaycanın arxeoloji və etnoqrafiya sahəsində yeni elmi nailiyyətlərin dünya və Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda işlər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR