Xalik Məmmədov: «Azərbaycan Dövlət Neft Şirkətinin hər il 4 min işçiyə tələbatı var»

Xalik Məmmədov: «Azərbaycan Dövlət Neft Şirkətinin hər il 4 min işçiyə tələbatı var»
# 16 sentyabr 2013 11:23 (UTC +04:00)

Bunun 44 600 nəfəri isə fəhlə kateqoriyasına aid olan insanlardır. Bu fəhlə kateqoriyasından olan işçilərin də 9-10%-i hər il yenilənir. Bu, yaşla bağlı təqaüdə çıxan və iş yerini dəyişənlərlə bağlıdır. Bu da təqribən 4 min işçi deməkdir. Yəni, ARDNŞ-in hər il 4 min işçiyə ehtiyacı var.

«APA-Economics»in məlumatına görə, bunu bu gün ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində yeni tədris ilinin başlaması münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov deyib ki, əvvəllər ARDNŞ bu yeni işçiləri sadəcə küçədən götürürdü: «Lakin 2005-ci ildə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin ilk peşə məktəbi açılıb. Birinci il bura 120 şagird daxil olub. Sonrakı illərdə Sumqayıt peşə məktəbini, üçüncü olaraq Qala peşə məktəbini, sonra isə Dənizdə insan həyatının xilas edilməsi üzrə peşə məktəbini açıb. Bu il də Qobustanda yeni bir məktəb tikilir».

ARDNŞ rəsmisi bildirib ki, bu yeni peşə məktəbində də 400-ə yaxın fəhlə kateqoriyasından olan işçilərin hazırlanmasına başlanılacaq: «Bu məktəblər ARDNŞ-in fəhlə kateqoriyasından olan işçilərə olan tələbatının təqribən 70%-ni ödəyəcək. Və artıq fəhlə kateqoriyasına aid olan işçilər müəssisəyə ən azı III, əlaçı tələbər isə IV dərəcə ilə işə götürüləcək. Müəssisədə ən yüksək dərəcə isə VI dərəcədir.

X.Məmmədov xatırladıb ki, artıq yeddi ildir ARDNŞ valideyn himayəsindən məhrum olmuş insanları bu tədris mərkəzlərinə müsabiqəsiz qəbul edir: «Bu gün ARDNŞ-in müəssisələrində 50-dən çox bu kateqoriyadan olan uşaqlar çalışır. Çox sevinirik ki, bu gün evsiz-eşiksiz, valideyn himayəsindən məhrum olmuş uşaqlar, X-XI sinifdən sonra uşaq evlərindən çıxmış və getməyə yer tapmayan gənclər bu gün ARDNŞ-də çalışırlar. Bu, Dövlət Neft Şirkətinin ən uğurlu sosial layihəsi sayılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR