“Şagird-məzun” sisteminə 4217 ümumtəhsil müəssisəsindən 766809 şagird barədə məlumat daxil edilib

“Şagird-məzun” sisteminə 4217 ümumtəhsil müəssisəsindən 766809 şagird barədə məlumat daxil edilib
# 02 dekabr 2013 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın 01.11.2013-01.12.2013 aralığında yerinə yetirilməli olan növbəti mərhələsi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu mərhələdə ümumtəhsil məktəbləri və peşə liseylərində mövcud olan siniflər, bu siniflərdə təhsil alan şagirdlərin sayı və ümumtəhsil müəssisələrinin ünvanları haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib. Eyni zamanda ümumtəhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri haqqında məlumatlar yoxlanılıb və zəruri hallarda yenilənib.

Beləliklə, ölkə üzrə V-XI siniflər və bu siniflərdə təhsil alan şagirdlərin sayı haqqında məlumatlar “Şagird-məzun” sisteminə 100% daxil edilib. Belə ki, sistemə 4217 ümumtəhsil müəssisəsindən 766809 şagird barədə məlumat daxil edilib. Onların 115617-si V, 114051-i VI, 111610-u VII, 111389-u VIII, 122543-ü IX, 100369-u X, 91230-u isə XI sinif şagirdləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR