Bakıda bağlı qapı arxasında köməksiz qalmış şəxs xilas edilib - FOTOSESSİYA - VİDEO

Bakıda bağlı qapı arxasında köməksiz qalmış şəxs xilas edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 00:15 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edilib. Nizami rayonu, Rüstəm Rüstəmov 26 ünvanında yaşayanlar 5 mərtəbəli binanın üçüncü mərtəbəsində qalan Temella Konstantinovanın iki gündür qapını açmamasından narahat olaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Xilasedicilər alpinist avadanlıqlarından istifadə edərək mənzilə bayırdan daxil olaraq Tamella Konstantinovanı yatmış vəziyyətdə aşkar ediblər. Onu müayinə edən Təcili Yardım Stansiyasının əməkdaşlarının APA-ya verdikləri məlumata görə, Tamella Konstantinovanın səhhəti yaxşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR