Taliblər girov saxladıqları 4 Türkiyə vətəndaşını sərbəst buraxıblar

Taliblər girov saxladıqları 4 Türkiyə vətəndaşını sərbəst buraxıblar
# 13 may 2013 12:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Əfqanıstanda taliblər tərəfindən girov götürülən 8 Türkiyə vətəndaşlardan 4-ü sərbəst buraxılıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, “Taliban” hərəkatının sözçüsü Zebihulla Mücahid bildirib ki, onlar türkləri “xoş niyyət” göstəricisi kimi sərbəst buraxıblar. O deyib ki, girov saxlanılan digər 4 Türkiyə vətəndaşı da yaxın vaxtlarda azadlığa buraxılacaq. Sərbəst buraxılan şəxslər Türkiyənin Əfqanıstandakı səfirliyinə aparılıb.

Qeyd edək ki, bu ilin aprelin 21-də Türkiyə vətəndaşlarını daşıyan helikopter Əfqanıstanın şərqində pis hava şəraiti səbəbindən məcburi eniş edib. Həmin yerə birinci çatan taliblər sərnişinləri girov götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR