Ukraynanın şərqində xüsusi əməliyyat zamanı Milli Qvardiyanın 3 hərbçisi ölüb, 34-ü yaralanıb

Ukraynanın şərqində xüsusi əməliyyat zamanı Milli Qvardiyanın 3 hərbçisi ölüb, 34-ü yaralanıb
# 28 may 2014 01:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ukrayna Milli Qvardiyasının mətbuat xidmətinin açıqlamasında deyilir.

“Mayın 5-dən 24-dək Ukrayna Milli Qvardiyasının 3 hərbçisi həlak olub: gizir Viktor Dolinski, əsgərlər Boqdan Şlemkeviç, Stanislav Zinçik. Yaralılar müxtəlif bölgələrdəki tibb müəssisələrində müalicə olunurlar”, deyə açıqlamada deyilir.

Qeyd edək ki, mayın 26-da separatçılar və hərbçilər arasında Donetsk şəhərindəki aeroport və dəmiryolu vağzalı uğrunda şiddətli döyüşlər olub.

Döyüşlər zamanı separatçılar geri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR