Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni rəhbəri seçilib - VİDEO

Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni rəhbəri seçilib - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 19:31 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, səsvermə bu gün Argentinanın paytaxtı Buenos Ayresdə baş tutan BOK-un 125-ci sessiyasında keçirilib.

Qılıncoynatma üzrə olimpiya çempionu (1976) Tomas Bax əvvəllər BOK-un vitse-prezidenti vəzifəsində çalışıb.

Qurumun rəhbəri vəzifəsi uğrunda onunla yanaşı Yüngül Atletika üzrə Beynəlxalq Federasiyasının vitse-prezidenti Sergey Bubka (Ukrayna), BOK-un vitse-prezidentləri Riçard Karrion (Puerto-Riko) və Ser Myanq Nqa (Sinqapur), Həvəskar boks üzrə Beynəlxalq Federasiyasının prezidenti Çinq-Kyo Vu (Tayvan) və Avarçəkmə üzrə Beynəlxalq Federasiyasının prezidenti Denis Osvald (İsveçrə) iddia edib.

Qeyd edək ki, BOK-un rəhbəri son 12 il ərzində Jak Roqqe olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR