Bakı. Fuad Cəfərov - APA. Bakı sakinindən silah-sursat aşkar edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Bayramovdan “AKM” markalı silah, 1 patron darağı və 205 ədəd patron götürülüb.