“Qəbələ” klubunun futbolçusu Serbiyanın ən məşhur komandasına keçib

“Qəbələ” klubunun futbolçusu Serbiyanın ən məşhur komandasına keçib
# 05 fevral 2014 08:46 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının lideri “Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısında heyətə düşməkdə çətinlik çəkən Deyan Kelhar özünə klub tapdığı üçün ölkəmizi tərk edib.

Sloveniya millisinin müdafiəçisi bundan sonra Serbiyada forma geyinəcək.

Arxa xətt oyunçusu bu ölkənin ən titullu klubu “Srvena Zvezda”ya keçib. Kelhar yeni klubu ilə sonradan uzadılmasının mümkünlüyü şərti ilə 6 aylıq müqavilə imzalayıb.

Artıq müdafiəçinin Belqrad təmsilçisində təqdimat mərasimi də olub. Deyan yeni komandasında 44 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, bir neçə il əvvəl daha bir legioner Azərbaycandan “Srvena Zvezda”ya keçmişdi. Milliləşən hücumçu Branimir Subaşiç 2008-ci ildə “Neftçi” ilə yollarını ayırıb, vətəni Serbiyaya qayıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR