“Neftçi”nin vitse-prezidentinin stadiona girişinə qadağa qoyulub

“Neftçi”nin vitse-prezidentinin stadiona girişinə qadağa qoyulub
# 22 aprel 2014 11:39 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsi “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, buna onun komitənin çıxardığı qərarlara etdiyi hörmətsizlik səbəb olub.

Belə ki, əvvəlki cəzası başa çatsa da, Süleymanova verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsin stadiona giriş qadağası hələ də davam edir. Lakin vitse-prezident Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçını stadionda canlı izləyib.

Qarşılaşmanın AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, Süleymanov bunu rədd edib. Bu səbəbdən “Neftçi” rəsmisinə verilmiş cərimə ödənilməyənə qədər onun klubun iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edəcək.

Əgər Süleymanov tərəfindən qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Xatırladaq ki, Süleymanovun AFFA-ya 20 min manat borcu var idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR