Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Oktyabr - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 17:15 (UTC +04:00)

NATO-nun yanaşması Qərb-Rusiya qarşıdurmasının məkan dəyişdirməsidir. Rusiya Suriyadan çıxmayacaq, rusları oradan çıxaracaq qüvvə də görünmür. Oyunun qaydaları da buna imkan vermir, çünki bütün güclər orada başqalarının əli ilə oynayır. Qərb artıq Suriyanı ən azı bir müddət itirmək gerçəkliyi ilə barışmış görünür. Lakin bu qarşıdurmanın başa çatması deyil, Qərb artıq çəkişmə müstəvisini asta-asta Suriyadan Türkiyəyə köçürür. İndi və bundan sonra Türkiyə bir müddət Qərb-Rusiya “müharibəsinin” ön cəbhəsi olacaq. Ankaranın itirə biləcəkləri çoxdur, Rusiya ilə əməkdaşlıq layihələrinin pozulması həm Türkiyənin enerji dövləti statusunu zəiflədəcək, həm də ölkə iqtisadi baxımdan böyük itkilərə məruz qalacaq. Amma Ankara ağıllı siyasət yürüdəcəyi təqdirdə vəziyyətdən uduşlu da çıxa bilər. Putin “Suriyada İŞİD qarşı ordu və kürd silahlılarından başqa heç kim döyüşmür” deməklə PKK və onun Suriya qolunu müttəfiq qismində təqdim edib. Qərb Rusiya ilə Türkiyədə “döyüşəcəksə”, ilk zərbəni Rusiyanın maraqlarına, yəni PKK-ya vurmalıdır. Terrorçulara qarşı əməliyyatlar başlarkən Obamanın “Türkiyə PKK-ya deyil, İŞİD-ə qarşı vuruşmalıdır” deməsi göstərirdi ki, ABŞ PKK-ya Ankara qarşı təzyiq aləti kimi baxır. İndi Qərb Rusiyaya qarşı müharibədə həm də indiyədək gizli-açıq dəstək verdiyi PKK-ya qarşı əməliyyatlara yaşıl işıq yandırmalı olacaq. Qərbin PKK məsələsinə münasibətinin dəyişməsi isə Türkiyənin uduşu sayıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR