Bank Of Baku

AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir

AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
# 12 sentyabr 2026 12:32 (UTC +04:00)

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) regionlarda təmsilçilik səviyyəsi bəzi banklarla müqayisədə daha yüksəkdir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.

Onun sözlərinə görə, BOKT-ların regionlarda geniş təmsil olunması maliyyə xidmətlərinə çıxışı daha məhdud olan əhalinin bu xidmətlərdən istifadəsinə imkan yaradır.

Xəyyam İsmayılov bildirib ki, hazırda BOKT sektorunda 4 mindən çox şəxs çalışır və bu göstəricidə artım müşahidə olunur.

AMB rəsmisi həmçinin qeyd edib ki, sektor üzrə məlumatların açıqlığı artırılıb. Mərkəzi Bank BOKT-ların maliyyə göstəriciləri, o cümlədən mənfəət və zərər, balans və digər maliyyə göstəricilərini ictimaiyyət üçün açıqlayır.

Onun sözlərinə görə, məlumatların ictimailəşdirilməsi təşkilatların fəaliyyətində intizamın yüksəldilməsinə və sektorun sağlamlaşdırılmasına xidmət edir.

X. İsmayılov əlavə edib ki, son illərdə BOKT-larda korporativ idarəetmə və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR