İrəvan Dövlət Azərbaycan Dram Teatrı İğdırda “Soyqırım abidəsi” tamaşasını nümayiş etdirib - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrı İğdırda “Soyqırım abidəsi” tamaşasını nümayiş etdirib - <span style="color: red;">FOTO
# 27 mart 2013 13:19 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin İğdır şəhərində “Soyqırım abidəsi” tamaşasını nümayiş etdirib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, tamaşa Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır Universitetinin təşkilatçılığı ilə İğdır Mədəniyyət Mərkəzində göstərilib.

Tamaşada 1915-ci ildən 1992-ci ilə kimi ermənilərin müsəlman türk xalqına qarşı törətdiyi amansız vəhşiliklər səhnələşdirilib.

Sonda çıxış edən İğdır Universitetinin rektoru, professor İbrahim Ethem İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevə və kollektivə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR