Bank Of Baku

Ani Ödənişlər Sistemi ilə aylıq dövriyyə 2 mlrd. manatı ötüb

Ani Ödənişlər Sistemi ilə aylıq dövriyyə 2 mlrd. manatı ötüb
# 14 oktyabr 2026 12:12 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödənişlər Sistemi (AÖS) ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, yanvar-sentyabr aylarında AÖS vasitəsilə 8,84 milyard manatlıq 102,15 milyon əməliyyat reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 5,7 dəfə, əməliyyatların sayı isə 25,1 dəfə artıb.

AÖS vasitəsilə 24/7 rejimində real vaxtda həyata keçirilən ödənişlər maliyyə subyektləri və ödəniş xidməti təchizatçıları üçün vəsaitlərin çevik idarə olunmasını təmin edir. Sistemin təqdim etdiyi imkanlar və həllər ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin yaranmasına zəmin yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR