Stavropolda “KA-32” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Stavropolda “KA-32” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
# 12 noyabr 2014 02:57 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Stavropol diyarında FHN-ə məxsus “KA-32” tipli helikopter sərt eniş edib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində 5 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb.

Məlumata görə, helikopter təlim uçuşu həyata keçirirmiş. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR