Bakıda İƏT ölkələrinin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilir - FOTOSESSİYA

Bakıda İƏT ölkələrinin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2013 08:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, beynəlxalq tədbir Quran ayələrinin oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, bu görüşün keçirilməsi hələ əmək nazirlərinin ilk görüşündə planlaşdırılıb. O, Bakı şəhərində qonaqlara yaradılan bütün imkanlara görə Azərbaycan xalqına, rəhbərliyinə, həmçinin İƏT-in rəhbərliyinə təşəkkür edib: “Bu görüş böyük bir fürsətdir ki, həm fikirlərimizin, ideyalarımızın mübadiləsini aparaq, həm də səhiyyə, iş yerlərində təhlükəsizlik, işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin açılması kimi məsələləri birgə müzakirə edək. Əmək nazirlərinin I görüşündən sonra Səudiyyə Ərəbistanında əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində lazımi tədbirlər həyata keçirilib”.

İclasa sədrlik edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirlərinin iştirak etdiyi konfrans İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması, bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib. Onun sözlərinə görə, konfransda həmin ölkələrdə əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə edilməsi mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, iki gün davam edəcək iclasda məqsəd təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR