AMEA rəhbərliyi Fransanın Azərbaycandakı səfirliyində olub

AMEA rəhbərliyi Fransanın Azərbaycandakı səfirliyində olub
# 17 noyabr 2015 12:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Fransanın Azərbaycandakı səfirliyində olub.

AMEA-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, AMEA rəhbərliyi noyabrın 13-də Parisdə törədilmiş terrorla bağlı Fransanın ölkəmizdəki səfiri Orelia Buşezə baş sağlığı verib.

AMEA prezidenti, akademik Akif Əlizadə O. Buşezlə söhbətində bildirib ki, Azərbaycan alimləri Parisdə baş verən terror hadisəsindən çox sarsılıb: “Azərbaycan xalqı dəfələrlə terrora məruz qalmış və bəşəri cinayətlərə qarşı mübarizə aparıb. Biz, alimlər də terroru pisləyir, rədd edir və Fransa xalqı ilə həmrəylik nümayiş etdiririk”.

O. Buşez öz növbəsində mənəvi dəstəyə görə təşəkkürünü bildirib.

Sonda akademik A. Əlizadə terror qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR