Gürcüstanın dövlət naziri etnik azlıqların nümayəndələri olan tələbələrlə görüşüb - FOTO

Gürcüstanın dövlət naziri etnik azlıqların nümayəndələri olan tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 12 noyabr 2014 07:05 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili “Tolerantlıq həftəsi” çərçivəsində Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlılar və digər xalqların tələbələri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən dövlət naziri Gürcüstan Təhsil Nazirliyinin həyata keçirdiyi 1+4 proqramı ilə təhsil alan azərbaycanlı və erməni tələbələrin Gürcüstanın müxtəlif ali məktəblərində uğurla təhsil aldıqlarını bildirib.

Tədbirdə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı da çıxış edib. O, Gürcüstanın ali məktəblərində mindən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib.

Sonra P. Zakareişvili Gürcüstanın ali məktəblərinə qəbul zamanı yüksək bal toplayan 10 nəfər azərbaycanlı və 10 nəfər erməni tələbəyə “Təşəkkürnamə” təqdim edib. Görüşdə dövlət naziri tələbələrin suallarını cavablandırıb.

P. Zakareişvili APA-ya açıqlamasında görüşü vacib tədbir adlandırıb: “Sevindirici haldır ki, etnik azlıqların nümayəndələri, o cümlədən gənc azərbaycanlı oğlan və qızlar dil baryerini uğurla keçərək yüksək bal ilə Gürcüstanın ali məktəblərinə qəbul olublar. Tələbələrin içində tibb, iqtisadiyyat, jurnalistika, beynəlxalq əlaqələr və digər fakültələrdə təhsil alan gənclər var. İndi onlar üçün oxumaq çox asandır. Dövlət öz vətəndaşları olan gənclər üçün elə şərait yaradıb ki, onlar yaxın və uzaq ölkələrə gedib orada təhsil almasınlar. İndi dövlət dilində Gürcüstan ali məktəblərində təhsil alan tələbələr sonda müxtəlif ixtisaslara yiyələnərək öz vətənlərində qalır, öz istedadlarını ailələrinin firavanlığı naminə sərf edirlər. Bu, bizi sevindirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR