“Veysəloğlu”: Distributorluq etdiyimiz məhsullarda qiymət artımı olmayacaq

“Veysəloğlu”: Distributorluq etdiyimiz məhsullarda qiymət artımı olmayacaq
# 24 fevral 2015 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi “Veysəloğlu” şirkətinin distributorluq etdiyi məhsullarında süni qiymət artımına səbəb olmayacaq.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Veyseloğlu”nun əsas fəaliyyəti idxal üzərində qurulduğundan dolların məzənnəsinin artması şirkət üçün də təsirsiz ötməyəcək.

“Qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari proseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur və planlaşdırılmır. Bu gün ictimaiyyətdə “Veysəloğlu” şirkəti tərəfindən topdan və pərakəndə satış mərkəzlərinə təqdim olunan məhsullarda qiymət atımının müşahidə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Lakin, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Pərakəndə və topdan satış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, “Veysəloğlu” şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Bu istiqamətdə isə şirkət rəhbərliyi tərəfindən heç bir qərar qəbul edilməyib”, - deyə məlumatda qeyd olunub.

Şirkət topdansatış və pərakəndə satış mərkəzlərinin diqqətinə çatdırır ki, bu kimi hallar ilə rastlaşdıqda yaradılmış qaynar xətt (050-254-54-29) vasitəsilə əlaqə saxlayaraq məlumat versinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR