Paşha Bank
Bank Of Baku

Avtosalon leysandan zərər gördü, 101 665 manat sığorta ödənişi aldı

Avtosalon leysandan zərər gördü, 101 665 manat sığorta ödənişi aldı
# 29 oktyabr 2026 10:39 (UTC +04:00)

Leysan yağışları nəticəsində avtosalona dəymiş 101 665 manatlıq zərər “PAŞA Sığorta” tərəfindən qarşılanıb. Hadisə üzrə həyata keçirilən ödəniş kommersiya obyektlərinin təbiət hadisələri nəticəsində üzləşə biləcəyi maliyyə itkilərinin miqyasını bir daha göstərir.

Güclü yağışlar və digər təbiət hadisələri biznes obyektlərinə ciddi ziyan vura, sahibkarlar üçün gözlənilməz xərclər yarada bilər. Əmlak sığortası belə hallarda zərərin maliyyə yükünü azaltmağa və fəaliyyətin davamlılığını qorumağa kömək edir.

“PAŞA Sığorta” sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirməklə müştərilərinin əmlakına dəyən zərərlərin qarşılanmasına dəstək göstərir. Bu cür hadisələr biznes fəaliyyətində gözlənilməz risklərin nəzərə alınmasının və əmlakın sığortalanmasının əhəmiyyətini bir daha önə çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR