Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək
# 07 sentyabr 2015 07:34 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Sentyabrın 7-dən 11-dək Türkiyənin Marmaris şəhərində “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankara şəhərində “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Çexiyanın Vişkov şəhərində Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Britaniyanın Şrivenhem şəhərində hərbi İngilis dili kursu, dekabrın 18-dək Litvanın payaxtı Vilnüs şəhərində kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Polşanın paytaxtı Varşava şəhərində NATO Standartlaşdırma kursu keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR