Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 10% artıb

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 10% artıb
# 19 avqust 2014 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin real həcmi 10,2% artaraq 1 495,6 min manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, elektron ticarət üzrə istehlak mallarının satışının 78,3%-i hüquqi şəxslərin, 21,7%-i isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilib.

Hesabat dövründə elektron ticarət dövriyyəsinin 90,3%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 350 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR