ARDNF ötən il daşınmaz əmlakın icarəsindən 91 mln. manat gəlir əldə edib - YENİLƏNİB

ARDNF ötən il daşınmaz əmlakın icarəsindən 91 mln. manat gəlir əldə edib - <span style="color: red;">YENİLƏNİB
# 30 iyun 2016 15:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə xarici ölkələrdəki daşınmaz əmlaklarının icarəsindən əldə etdiyi gəlirləri açıqlayıb.


"APA-Economics" fondun açıqladığı hesabata istinadən xəbər verir ki, ARDNF Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinin icarəsindən gəliri 9 mln. 648 min 48 ingilis funt sterlinqi və ya 19 mln. 896 min 204 manata bərabər olub.

Bundan başqa, ötən il ARDNF Fransanın paytaxtı Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin icarəsindən 5 mln. 860 min 400 avro və ya 10 mln. 15 min 423 manat gəlir əldə edib.

Hesabat dövründə Seul şəhərində yerləşən "Payn Avenyu A qülləsi" ofis kompleksinin icarəsindən ARDNF-ə 31 mlrd. 71 mln. 645 min 406 Koreya vonu və ya 41 mln. 542 min 790 manat daxil olub.

Qeyd edək ki, “Knight Frank LLP” şirkəti Londondakı əmlakı 217 mln. ingilis funt sterlinqi və ya 447 mln. 497 min 400 manat dəyərində, “BNP Paribas Real Estate” şirkəti Parisdəki daşınmaz əmlak kompleksini 164 mln. 610 min avro və ya 281 mln. 318 min 490 manat dəyərində, “Kyungil Appraisal” şirkəti Seuldakı ofis kompleksini 492 mlrd. 100 mln. Koreya vonu və ya 657 mln. 937 min 700 manat məbləğində qiymətləndirilib.

Xatırladaq ki, ötən ARDNF Moskvadakı "Qalereya aktyor" binasının icarəsindən 349 mln. 659 min 436 rubl və ya 8 mln. 426 min 792 manat, Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou prospektində yerləşən "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakın icarəsindən isə 722 mln. 169 min 920 yapon yeni və ya 10 mln. 820 min 994 manat gəlir əldə edib. Beləliklə, fond hesabat dövründə xaricdəki daşınmaz əmlakın icarəsindən 90 mln. 702,203 min manat qazanıb.

***

SAAT 16:11

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Rusiyanın paytaxtında sahib olduğu daşınmaz əmlak "Qalereya aktyor" binasının illik icarəsindən əldə etdiyi gəlirləri açıqlayıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, ARDNF ötən il sözügedən binanın illik icarəsindən 349 mln. 659 min 436 rubl və ya 8 mln. 426 min 792 manat gəlir əldə edib. Qeyd edək ki, "Cushman & Wakefield" şirkətinin qiymətləndirməsinə əsasən, "Qalereya aktyor" binasının dəyəri 5,4 mlrd. rubl və ya 130,140 mln. manat təşkil edib.

Bundan başqa, ARDNF ötən il investisiya yatırdığı Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou prospektində yerləşən "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakın icarəsindən 722 mln. 169 min 920 yapon yeni və ya 10 mln. 820 min 994 manat qazanıb.

"Daiwa Real Estate Appraisal" şirkəti "Kirarito Ginza" binasının dəyərini 52,6 mlrd. yapon yeni və ya 788 mln. 158 min 400 manat dəyərində qiymətləndirib.

ARDNF Rusiyanın paytaxtında sahib olduğu daşınmaz əmlak "Qalereya aktyor" binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub. 2015-ci ildə ARDNF-in törəmə şirkəti olan "Tverskaya 16" MMC və dünyanın məşhur şirkətlərindən biri arasında "Qalereya aktyor" binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanıb. Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra, 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcək.

2015-ci ilin avqust ayında ARDNF "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakının 98% hissələrini alıb. Binanın satıcısı qismində "GK John SPC" çıxış edib və alış qiyməti 52,3 mlrd. yen olub. "Mitsubishi UFJ Trust and Banking Corporation" daşınmaz əmlakın qalan 2%-nin sahibi və həm də binanın idarəetmə şirkətidir.

"Kirarito Ginza"nın tikintisi 2014-cü ilin may ayında başa çatıb və 16 581,94 kvadratmetr ümumi sahəsi olmaqla 12 yerüstü və 3 yeraltı mərtəbədən ibarətdir. Bina 47 icarədara icarəyə verilib. Alış zamanı binada orta icarə müddəti 7 il olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR