NATO-ya üzv olan bütün ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hərbi əməliyyatını dəstəkləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
ABŞ, Böyük Britaniya və Fransa Şimali Atlantika Şurasının bu gün keçirilmiş iclasında Suriyadakı vəziyyət barədə müttəfiqlərini məlumatlandırıblar.