ABŞ Prezidenti Donald Tramp ölkədə kömür energetikasının inkişafı üçün təxminən 700 milyon dollar vəsait ayırmağı planlaşdırır.
"Bloomberg" agentliyinin məlumatına görə, Tramp bu qərarı iyunun 4-də elan edə bilər.
Plan çərçivəsində 13 mövcud kömür elektrik stansiyasının fəaliyyətinin dəstəklənməsinə 425 milyon dollar ayrılması nəzərdə tutulur.
Bundan əlavə, Kaliforniyada ixrac terminalının tikintisinə 75 milyon dollar yönəldilməsi, Alyaska və Qərbi Virciniyada iki yeni kömür elektrik stansiyasının inşası, Merilend ştatında isə fəaliyyətini dayandırmış bir stansiyanın yenidən işə salınması planlaşdırılır.