Bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir

Bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir
# 13 iyun 2016 09:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirəcək. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil naziri Mikayıl Cabbarov da “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.

Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR