ALP sədri: “Müxalifətin birləşməsinə bəzi müxalifətdaxili qüvvələr mane oldu”

ALP sədri: “Müxalifətin birləşməsinə bəzi müxalifətdaxili qüvvələr mane oldu”
# 12 aprel 2013 10:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müxalifət daxilində olan bu qüvvələri cəmiyyət tanıyır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

Ə.Temirxan bildirib ki, ALP seçkilərdə iştirak haqqında qərar verməyib. Müxalifətin birləşməsinin vacibliyini deyən partiya sədrinin sözlərinə görə, bu birliyə bəzi qüvvələr mane olub: “Biz hesab edirik ki, müxalifət başda partiya liderləri və ziyalılar olmaqla birləşməli idi. Ölkədə ədalətli, seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində mübarizə aparmalı idi. Amma təəssüf ki, bəzi qüvvələrin fəaliyyəti nəticəsində bunu etmədi. Müxalifət daxilində olan bu qüvvələri cəmiyyət tanıyır. Ona görə də çox gecikmişik. Lakin ölkədə hər an vəziyyət dəyişə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR