Angela Merkel Qırğızıstana rəsmi səfər edib

Angela Merkel Qırğızıstana rəsmi səfər edib
# 14 iyul 2016 02:23 (UTC +04:00)

Bakı-APA. Almaniyanın kansleri Angela Merkel Qırğızıstana rəsmi səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti xəbər verib.

“Manas” hava limanında Almaniya liderini Qırğızıstan prezidenti Almazbek Atambayev qarşılayıb.

İki ölkə liderlərinin görüşündə Qırğızıstan və Almaniya arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR