“Dənizlispor” rəsmiləri Elvin Məmmədov üçün Bakıya gəliblər

“Dənizlispor” rəsmiləri Elvin Məmmədov üçün Bakıya gəliblər
# 28 noyabr 2012 16:41 (UTC +04:00)

Bakı - APA. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilən “Bakı” – “Sumqayıt” matçını türkiyəli menecerlər də izləyib. Apasport.az saytının xəbərinə görə, “Dənizlispor”un vitse-prezidenti İhsan Niyazi və baş meneceri Mehmet Ali Keskinler tribunada əyləşənlər arasında olub.

Onlar “Bakı”nın kapitanı Elvin Məmmədovun çıxışından razı qalıblar və yarımmüdafiəçini klublarında görmək istəyirlər. Məmmədovdan başqa, bir neçə oyunçu da qonaqların diqqətini cəlb edib. Amma onların əcnəbi olması, “Dənizlispor” rəsmiləri təəssüfləndirib. Qonaqlar AZAL - “Simurq” duelini də izləyəcəklər.

Sabah isə qonaqlara “Turan” – “Xəzər Lənkəran” duelinin diski təqdim ediləcək. Türkiyəli klub rəsmiləri Ruslan Zubkovun xidmətində maraqlıdır.

Qeyd edək ki, hazırda “Dənizlispor”un heyətində azərbaycanlı futbolçu yer alıb. Belə ki, “Neftçi”nin sabiq kapitanı Rail Məlikov karyerasını orada davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR