“Boeing 777” təyyarəsində ölən sərnişinlərin meyitlərinin hadisə yerindən çıxarılmasına başlanılıb

“Boeing 777” təyyarəsində ölən sərnişinlərin meyitlərinin hadisə yerindən çıxarılmasına başlanılıb
# 19 iyul 2014 18:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə hadisə yerindən “RİA Novosti”nin müxbiri bildirib.

Məlumata görə, Rassıpnoye və Petropavlovka kəndlərindən artıq bir neçə cəsəd çıxarılıb, hazırda Qrabovo yaşayış məntəqəsinin ərazisində olan meyitlər maşınlara yüklənir. Separatçılar meyitlərin bir hissəsini Donetsk şəhər morquna yerləşdirmək niyyətindədirlər, lakin meyitlər çox olduğundan digər şəhərləri də cəlb etmək planlaşdırılır.

Bu gün hadisə yerində Donetsk vilayətinin 50-dək məhkəmə-tibbi eksperti çalışdığı bildirilir. Bu gün hadisə yerinə ATƏT nümayəndə heyəti də baş çəkib. Onlar yerli sakinlər, xilasedicilər və həkimlərlə söhbət ediblər. Digər beynəlxalq təşkilatların nümayəndələri hadisə yerinə hələ ki gəlməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR