Türkiyədə AKP-dən deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib - VİDEO

Türkiyədə AKP-dən deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib - <span style="color: red;">VİDEO
# 08 aprel 2015 07:02 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə “Rixos Ankara” otelində qeydə alınıb. Tanınmış iş adamı Cəlal Ayrançı hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyinin irəli sürülməsi üçün sənədlərini təqdim edib. Partiyanın dünən açıqlanan siyahısında adının olmadığını görən Cəlal Ayrançı tapança ilə başından atəş açaraq, özünü öldürüb.

Hadisə ilə bağlı açıqlama verən nazir Cevdet Yılmaz faktla bağlı araşdırma aparıldığını deyib. Nazir hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR