Bakı. Şəhriyar Əlizadə - APA. Həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti artırılıb.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə S. Əliyevin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, S. Əliyev həyat yoldaşı olan əmisi qızı Natəvan Əliyevanı qətlə yetirdikdən sonra yandırıb. N. Əliyevanın yanmış meyiti bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində tapılıb.
Onu da qeyd edək ki, N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.