Bakı. Vüsal Nəbiyev - APA-Economics. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda fəaliyyət göstərəcəyi “Əlaqələndirmə və Tərəfdaşlıq” ofisinin saxlanılması üçün ildə 100 min dollar vəsait sərf olunacaq”.
“APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazirin sözlərinə görə, burada yüksək ixtisasa malik 5 azərbaycanlı mütəxəssisin işləməsi təmin olunacaq. “FAO-nun ofisində işləmək üçün isə Azərbaycana 6 kvota ayrılır”, - deyə H. Əsədov bildirib.