ABŞ-ın Texas ştatında Azərbaycana həsr edilmiş seminar keçirilib - FOTOSESSİYA

ABŞ-ın Texas ştatında Azərbaycana həsr edilmiş seminar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 fevral 2015 17:24 (UTC +04:00)

Bakı-APA. Texas ştatının Laredo şəhərində yerləşən Texasın A & M Beynəlxalq Universitetində Azərbaycana, onun regional və beynəlxalq əhəmiyyətinə həsr edilmiş seminar keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Laredo şəhərindən olan konqresmen Henri Kuelar (Henry Cuellar, TX) şəhərin meri Pit Sianez (Pete Saenz), Universitetin prezidenti Rey Kek (Ray Keck) və səfir Elin Süleymanovun iştirak etdiyi tədbirdə Azərbaycanın regional əhəmiyyəti vurğulanmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol yüksək dəyərləndirilib.

ABŞ-ın tanınmış ali təhsil müəssisələrindən olan Texasın A & M Beynəlxalq Universitetində Azərbaycana dair keçirilmiş təbdir, eləcə də E.Süleymanovun çıxışı barədə məlumat Texasın “Laredo Morning Times”, ispandilli “El Quiosco” qəzetlərində dərc edilib və KGNS televiziyası vasitəsilə yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR