Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğın törədiblər - VİDEO

 Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğın törədiblər - <span style="color: red;">VİDEO
# 13 avqust 2015 14:02 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində bu gün güclü yanğın törədilib. Yandırılan ərazilərdə hətta irigövdəli ağacların da alova büründüyü aydın görünür.

Havanın küləkli olması isə yanğının miqyasının getdikcə artmasına səbəb olur.

Xatırladaq ki, avqustun 11-dən etibarən ermənilər Ağdamın işğal altındakı Baş Qərvənd kəndinin ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR