Müşərrəf ömürlük prezident seçilmək hüququndan məhrum edilib

Müşərrəf ömürlük prezident seçilmək hüququndan məhrum edilib
# 30 aprel 2013 22:10 (UTC +04:00)

Bakı-APA. Pakistanın Peşəvər ştatında yerləşən Ali Məhkəmə ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə ömrünün sonunadək prezident seçilməsinə qadağa qoyub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, keçmiş dövlət başçısı hal-hazırda ev dustağı qismində saxlanılır.

Bir müddət əvvəl məhkəmə Müşərrəfin may ayında keçiriləcək seçkilərə buraxılmadığına görə verdiyi apelyasiya şikayətini təmin etməyib.

Məhkəmənin qərarına əsasən, Pərviz Müşərrəf prezident postuna namizədliyini irəli sürmək hüququndan məhrum olunub. Buna səbəb onun prezident olarkən bir qrup hakimin istefaya göndərilməsinə və həbs edilməsinə dair verdiyi sərəncam olub. Səbəblərdən biri də onun iki dəfə ölkə konstitusiyasını dayandırması qeyd olunur.

Xatırladaq ki, Pərviz Müşərrəf bu ilin mart ayında könüllü olaraq Pakistana qayıdıb. O may ayında keçiriləcək seçkilərə rəhbəri olduğu “Pakistan Müsəlman Liqası” partiyası ilə qatılmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR