Azərbaycanda cəza çəkən 28 iranlı məhbus ölkəsinə verilib - VİDEO

Azərbaycanda cəza çəkən 28 iranlı məhbus ölkəsinə verilib - <span style="color: red;">VİDEO
# 02 dekabr 2014 09:48 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün Astara sərhəd-keçid məntəqəsində Azərbaycanda cəza çəkən 28 İran vətəndaşı cəzalarının qalan müddətini öz ölkələrində çəkmək üçün qarşı tərəfə veriliblər.

Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.

O qeyd edib ki, Azərbaycanla İran arasında razılaşmaya əsasən, bu gün 28 iranlı məhbus İrana verilib. Onun sözlərinə görə, daha 52 nəfərin yaxın zamanlarda İrana verilməsi gözlənilir: “Bu şəxslərin verilməsi barədə qərar 4 ay əvvəl verilmişdi, lakin bu gün gerçəkləşdirmək mümkün oldu. Onların hər birinin cəza müddətindən bir neçə ili qalıb, o müddətin qalanını da İranda çəkəcəklər. Ümumilikdə Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana gətirilməsi üçün lazımi rəsmi işlər aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR