Azərbaycan prezidenti Monteneqro prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Monteneqro prezidentinə təbrik məktubu göndərib
# 12 iyul 2014 15:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, dövlət başçısı Monteneqronun milli bayramı münasibətilə F.Vuyanoviçi təbrik edib.

Azərbaycan-Monteneqro əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurduğunu bildirən prezident İlham Əliyev dost ölkələr arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR